Bakıda bu yollar bağlanır - Sürücülərin nəzərinə

"Bakı" adlı filmin çəkilişləri ilə əlaqədar paytaxtın bır sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə Avtosfer.az-a Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən "Bakı" adlı müasir filmin çəkilişlərinə başlanılıb. Bakı şəhər DYPİ əhalinin və avtomobil sahiblərinin əvvəlcədən nəzərinə çatdırır ki, sentyabrın 11-dək filmin çəkilişinin aparıldığı ərazilərdə nəqliyyat sıxlığının yaşanmaması və təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi küçə və prospektlər üzrə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək, bəzi yollar üzrə isə hərəkət qısa müddətə məhdudlaşdırılacaq: "Avqustun 20-də qısa müddətə Qoşa Qala qapısı yanından Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinədək olan hissəyə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, İstiqlaliyyət və Azərbaycan küçələrinin kəsişməsindən "beşmərtəbə" adlanan əraziyə tərəf yönəldiləcək.
Avqustun 21-də isə Neftçilər prospektinin Bayraq meydanından Azadlıq meydanınadək olan hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, nəqliyyat vasitələri Bayraq meydanından Bayıl və 20-ci Sahə istiqamətinə, həmçinin Səbail rayonu Yanğından Mühafizə Hissəsinin inzibati binasının qarşısından Bayıl qəsəbədaxili yollara yönəldiləcək. Bundan əlavə, Bülbül prospekti ilə Neftçilər prospekti istiqamətində hərəkət edənlər üçün Zərifə Əliyeva küçəsi ilə kəsişmədən sola, həmçinin Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsindən Rəsul Rza küçəsi istiqamətində hərəkətə məhdudiyyət qoyulacaq. Bakı Şəhər Yol Polisi İdarəsi avtomobil sahiblərindən və sürücülərdən xahiş edir ki, filmin çəkilişləri tam başa çatanadək qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyünü nəzərə alıb alternativ yollarla hərəkət etsinlər.
Bundan əlavə, avqustun 21-i, eləcə də 24, 25, 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində də çəkilişlərin aparılması nəzərdə tutulub".
Elmin
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır
PPF örtüyü avtomobil boyasını nə dərəcədə qoruyur? – VİDEO
Ölkəyə nə qədər elektrik və hibrid avtomobil idxal edilib? - DGK sədri açıqladı - VİDEO
“Maserati” milyardlıq elektromobil layihəsini dayandırdı
Gömrükdə nəqliyyat vasitələrinin yoxlanılması sinxron həyata keçiriləcək - YENİ QƏRAR
Kondisioner işləyərkən pəncərəni açmaq olarmı?










