Bakıda deputatın maşını cərimə meydançasına aparıldı - 5 minlik cəriməsi var

İki gün əvvəl Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində bahalı avtomobili saxlayaraq cərimə meydançasına aparıblar. Buna səbəb isə həmin avtomobillə bağlı xeyli miqdarda ödənilməyən cərimənin olmasıdır. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin avtomobil Milli Məclisin xanım deputatlarından birinin şəxsi maşını olub. Sürücü tərəfindən idarə olunan nəqliyyat vasitəsinin ödənilməyən cərimələrinin miqdarı isə 5 min manatı aşıb.
Millət vəkilinin kimliyi barədə dəqiq məlumat verilməsə də, onun avtomobilinin bir gün cərimə meydançasında saxlanıldığı bildirilir. Məlumata görə, xanım deputat cərimələrin bir qismini ödəyəndən sonra avtomobili cərimə meydançasından çıxara bilib. Onun avtomobili ilə törədilən qayda pozuntuları arasında sürət həddini aşma çoxluq təşkil edir.
Qeyd edək ki, yol polisi son vaxtlar ödənilməyən cərimələrlə bağlı ciddi addımlar atır. Daha dəqiq desək, yeni DYP avtomobillərində quraşdırılan «E-patrul» sistemi vasitəsilə ödənilməyən cəriməsi olan sürücüləri və avtomobilləri aşkar etmək daha da asanlaşıb. Son dövrlər isə cərimələri ödəməkdən yayınan kifayət qədər tanınmış məmurların, iş adamı və şou-biznes nümayəndələrinin avtomobilləri yol polisi tərəfindən cərimə meydançasına aparılıb. Yalnız cərimələr ödənildikdən sonra avtomobil buraxılır. Artıq bu məsələdə heç kimə güzəşt edilmir.
Elməddin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










