Bakıda evakuator avtomobili apararkən altını qopardı - VİDEO

Bakıda evakuator dayanma-durma qaydasını pozan sürücünün avtomobilini apararkən nəqliyyat vasitəsinin alt hissəsindəki qoşqunu qoparıb. Avtosfer.az məlumat verir ki, hadisə ötən gün baş verib. Sürücü avtomobilini yol kənarında saxlayıb mağazaya gedib. Dayanma-durma qaydasını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin evakuatoru nəqliyyat vasitəsini cərimə meydançasına aparmaq istəyib. Lakin avtomobili evakuatorun yedəyinə alarkən qoşqu yeri zədələnib. Evakuatorun sürücüsü hadisə yerini dərhal tərk edib.
Ekspert Ərşad Hüseynovun sözlərinə görə, yol hərəkəti haqqında qanunun 85-ci maddəsində qeyd olunur ki, evakuasiya zamanı avtomobilə dəymiş ziyanı həmin qurum qarşılamalıdır. Yəni bu hadisəyə görə sürücü iddia qaldırıb dəymiş ziyanı Dövlət Yol Polisinə ödətdirə bilər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












