Bakıda film kimi hadisə - Polisdən qaçdl, maşından saxta nömrələr çıxdı - VİDEO

Yol polisinə tabe olmayaraq qaçan sürücünü təhlükəsiz şəhər kameraları ifşa edib. Görüntülər Bakıda çəkilib. Polisin sənədləri tələb etməsindən sonra maşını sürərək aradan çıxan sürücü qarşı zolağa çıxaraq təhlükəli qəza şəraiti də yaradıb. Polis tərəfindən təqib edildiyini görən sürücü sona qədər xəbərdarlıqlara məhəl qoymayıb və qaçıb. Ancaq polis təhlükəsizlik şəhər kameraları ilə onun yerini müəyyən edib. Saxlanıldıqdan sonra məlum olub ki, onun nə sürücülük vəsiqəsi var, nə də avtomobilin dövlət nömrə nişanı özünündür. Polisə tabe olmamasının səbəbini isə müxtəlif bəhanələrlə izah edir.
Yol polisini çaşdırmaq üçün fərqli qeydiyyat nişanılarından istifadə edən sürücünün avtomobilinə baxış keçirərərkən ayrı dövlətlərin nömrə nişanları da aşkarlanıb. Sürücü fərqli qeydiyyat nişanlarını polisi çaşdırmaq üçün etdiyini də boynuna alıb. Məlum olub ki, illər əvvəl sərxoş halda avtomibil idarə etdiyinə görə bir dəfə sürücülük vəsiqəsindən məhrum edilib.
Faktla bağlı Nərimanov rayon məhkəməsində iş başlanılıb. Həmin sürücü məhkəmənin qərarı ilə 30 gün həbslə cəzalandırılıb. Habelə o, sürücülük hüququndan da 1 illiyə məhrum edilib.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












