Bakıda «Galendewagen» «KİA Sport»u vurub bu hala saldı – FOTOLAR

Bu gün saat 15:30 radələrində Bakının Nərimanovu ərazisində – Teymur Əliyev küçəsində ağır yol qəzası baş verib. Ağ rəngli «Mercedes Galendewagen» markalı avtomobillə «KİA Sportage» markalı avtomobil toqquşub. Avtosfer.az-ın məlumatına görə, hadisə şahidləri qəzanın dönmə əməliyyatı zamanı baş verdiyini bildiriblər. Belə ki, «KİA» həmin ərazidə dönmə əməliyyatı aparan zaman yüksək sürətlə hərəkət edən «Galendewagen» onu tən ortadan vurub. Zərbənin təsirindən «KİA» yerində bir neçə dəfə dövrə vuraraq səkiyə çıxıb və divara dəyərək dayanıb. Avtomobilin demək olar ki, hər yeri əzilib, sol tərəfdəki təkərlərin ikisi də qırılıb. «Galendewagen»in isə yalnız ön tərəfi bir qədər əzilib.
Hadisə yerinə dövlət yol polisi əməkdaşları gəlib. Faktla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Emin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı













