Bakıda «hallı» avtobus sürücüsü saxlanıldı - VİDEO

Bakıda psixotrop maddənin təsiri altında sərnişin daşıyan avtobus sürücüsü aşkar edilib. Namiq İsgəndərov avtobusu qapısı açıq şəkildə idarə etdiyi üçün "Ekoloji Nəzarət Postu"nun inspektorları ona "saxla" əmri veriblər. Səhər və axşam 40-45 sərnişin aparan sürücü dərhal yol hərəkətindən kənarlaşdırılıb, avtobus isə cərimə meydançasına aparılıb. Dindirmə zamanı Namiq İsgəndərov narkotik tərkibli maddə qəbul etdiyini boynuna alıb.
Yoxlama zamanı o da məlum oldu ki, Namiq İsgəndərov yol hərəkəti qaydalarını da tez-tez pozub. Sürət həddini aşdığına görə 6 radar cəriməsini də ödəməyib.
Postda sürücüyə inzibati protokol tərtib edildikdən sonra material baxılması üçün Abşeron rayon məhkəməsinə göndərildi. Məhkəmənin qərarı ilə Namiq İsgəndərov 6 ay müddətində sürücülük hüququndan məhrum edildi.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












