Bakıda “Hyundai” piyadanı vurub öldürdü - FOTO

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Prospektdə avtobusdan düşərək yolu keçmək istəyən piyadanı maşın vurub. Füzuli rayonunun Qarğabazar kənd sakini, 42 yaşlı Şaiq İsmayılov avtobusdan piyada keçidinin olmadığı yerdə düşüb. Bu vaxt prospektlə hərəkətdə olan və 25 yaşlı Əmrahov Ramil Rasim oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobil onu vurub. Zərbə nəticəsində piyada Şaiq İsmayılov hadisə yerində dünyasını dəyişib. Xətai Rayon Polis İdarəsində hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Hadisəyə “Təhlükəsiz şəhər” kameralarının görüntülərinə baxış keçirildikdən və avtotexniki ekspertizanın yekun rəyindən sonra hüquqi qiymət veriləcək.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR














