Bakıda klassik avtomobillərin yürüşü olacaq - FOTO

Azərbaycan Avtomobil Federasiyası (AAF) klassik avtomobillərin yürüş və sərgisini təşkil edəcək. Federasiyadan Avtosfer.az-a verilən məlumata görə, adıçəkilən tədbir avqustun 26-da baş tutacaq.
Məlumata görə, 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri 22 avqust saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər. İştirak etmək istəyən şəxslər qeydiyyat üçün Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.
Qeydiyyatdan keçən avtomobil və sahibləri 26 avqust saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır. Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcək.
Yürüşdən sonra mərkəzin parkında konsert və əyləncə proqramı təşkil olunacaq.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir


















