Bakıda maşın keçiddən keçməyən sərxoş piyadanı vurdu - FOTO

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Neftçilər prospektində, Hökumət evinin qarşısında baş verib. 47 yaşlı Eldar Qasımov yolu yeraltı piyada keçidindən yox, qadağan olunmuş yerdən keçmək istəyib. Binnət Əhmədovun idarə etdiyi “Volkswagen” markalı avtomobil piyadanı vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Eldar Qasımovu sürücünün dostları 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıblar. Yaralı piyadanın sərxoş olduğu bildirilir. Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin və rayon Yol Polis Şöbəsinin əməkdaşları gəliblər. İlkin müayinələr keçirilib, sürücü Binnət Əhmədov ifadəsinin alınması üçün polisə aparılıb.
Qeyd edək ki, Neftçilər prospektinin Hökumət evinin qarşısından keçən hissəsində yeraltı piyada keçidi var.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA













