Bakıda maşının sükanını dəyişən sürücü qəzada öldü - Yastıqlar açılmayıb

Bakıda avtomobil 3 piyadanı vurub. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinə istinadən xəbərinə görə, iyulun 25-də saat 08 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Emin Mürsəlov “Mercedes” markalı, 90 LB 230 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən idarəetməni itirdiyindən dayanacaqda dayanmış paytaxt sakinləri Günay Hüseynovanı, Çingiz Abdullayevi və Sara Salahlını vurub, sonradan avtomobil divara çırpılıb. Hadisə nəticəsində sürücü hadisə yerində ölüb, G.Hüseynova, Ç.Abdullayev, S.Salahlı, habelə E.Mürsəlovun 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, "Mercedes"in sürücüsü hadisə yerində keçinib. O, həmin vaxt sürət həddini aşaraq təhlükəli manevrlər edirmiş. Buna görə də avtomobil idarəetmədən çıxıb və avtobus dayanacağına girib. Şahidlər bildirir ki, həmin avtomobilin sükanı da dəyişdirilibmiş. Belə ki, normal sükandan fərqli olaraq, sürücü "Mercedes"ə "avtoş"ların sevimlisi olan kiçik həcmli sükan qoyubmuş. Buna görə də, avtomobil qəzaya düşərkən təhlükəsizlik yastıqları açılmayıb.
Hadisə ilə bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












