Bakıda məmur yol qəzasında öldü - FOTOLAR

Bakıda sürücünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, qəza Xətai rayonunun Nobel prospektində qeydə alınıb. 10-UK-280 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olan 1979-cu il təvəllüdlü Ramin Mərdan oğlu Qurbanov idarəetməni itirib və avtomobili yolun kənarındakı hasara çırpıb. Hadisə zamanı minik maşını deformasiyaya uğrayıb, ağır bədən xəsarətləri alan 37 yaşlı kişi hadisə yerində dünyasını dəyişib. Qəzaya ilkin səbəb kimi hava şəraitinin yağmurlu olması və sərt döngədə sürət həddinin aşilması göstərilir. Faktla bağlı Xətai Rayon Polis Şöbəsində araşdırma aparılır.
Dünyasını dəyişən Ramin Qurbanov Xətai Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində mütəxəssis işləyib.



Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













