Bakıda "Mercedes" avtobusu vurdu - FOTO

Bakıda sərnişin avtobusu qəzaya düşüb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Ələddin Heydərovun idarə etdiyi 90 OA 252 dövlət nömrə nişanlı "Mercedes" 21 nömrəli marşrut avtobusuna arxadan çırpılıb. Hadisə avtobus dayanacaqda dayandığı zaman baş verib. Sürücü Ə.Heydərovun bildirdiyinə görə, şəhər istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşını dayanacaqdakı avtobusa çırpıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Ancaq "Mercedes" markalı maşına ciddi ziyan dəyib. Qəza ilə bağlı Nobel prospektində bir müddət tıxac yaranıb. Hadisə yerinə əlavə yol polisi əməkdaşları cəlb olunduqdan sonra yoldakı sıxlıq aradan qalxıb və nəqliyyatın hərəkəti normallaşıb.
Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR

















