Bakıda növbəti "Caspian Motor Show" sərgisi keçiriləcək - VİDEO

İyulun 18-dən 20-dək Bakıda ənənəvi "Caspian Motor Show" avtomobil sərgisi təşkil olunacaq.
Avtosfer.az xəbər verir ki, sərgi Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq. Bu dəfə tədbir paytaxtın mərkəzində — Dənizkənarı Bulvarda, “Park Bulvar” AVM ərazisində keçiriləcək.
Qeyd edək ki, "Caspian Motor Show" hər il ənənəvi olaraq təşkil olunur. Sonuncu dəfə "Sea Breeze" istirahət mərkəzində baş tutan sərgi bu dəfə şəhər sakinləri və qonaqlara daha əlçatan məkanda təqdim ediləcək.
Sərginin açılışı iyulun 18-də saat 18:00-da olacaq. Tədbir çərçivəsində avtomobil sahəsində ən son yeniliklər, texnoloji trendlər və müxtəlif avtomobil markalarının nümayişi nəzərdə tutulur.
Sərginin təşkilati dəstəkçisi Azərbaycan Avtomobil Federasiyası, rəsmi tərəfdaşı isə “Park Bulvar” AVM-dir.
Eltac Zülfüqaroğlu
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...
Xaricdən avtomobil sifariş etmək istəyənlər üçün VACİB XƏBƏR
Bu şəxslər maşın sürərkən təhlükəsizlik kəməri taxmaya bilərlər
Yeni nəsil nəqliyyat vasitələrində gözlənilməz zəiflik aşkarlandı - Süni intellekt əsaslı ...
Avtomobil akkumulyatorunun ömrünü necə uzatmaq olar?
"BMW" və “Mercedes”lərin satışlarının qadağan edilməsi istənilir
Maşın nömrələrini gizlədən qurğu - Alanları hansı cəza gözləyir? - VİDEO










