Bakıda ölüm saçan "kamikadze" sürücü həbs olundu - VİDEO

Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan 99-CT-422 dövlər nömrə nişanlı betonqarışdıran yük maşını ilə bağlı Avtosfer.az-ın yaydığı videoya Bakı şəhər Dövət Yol Polisi İdarəsi operativ reaksiya verib. Daxili İşlər Nazirliyi rəhbərliyinin bu sürücü ilə bağlı verdiyi göstərişdən sonra onun axtarışı aparılıb və bu gün həmin sürücü tapılaraq cəzalandırılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, 57 yaşlı Aleksandr Staliskiy Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşıdır və hazırda Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayır. O, yol polisləri tərəfindən saxlanılarkən törətdiyi əməli qarşısında başqa avtomobilin olması ilə əlaqələndirib. Lakin videodan məlum olub ki, həmin vaxt yük maşınının qarşısında başqa avtomobil olmayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu gün toplanmış materialları Yasamal rayon Məhkəməsinə təqdim edib. Məhkəmənin qərarı ilə Aleksandr Staliskiy 20 gün inzibati həbs cəzasına məhkum edilib. Bundan əlavə, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Avtosfer.az xatırladır ki, video martın 22-də çəkilib. Yük maşını kəskin şəkildə manevrlər edir, digər sürücülər üçün təhlükə yaradır. Hətta belə görünür ki, o, sərxoşdur və maşını "8 yaza-yaza" sürür. Bəzənsə qəsdən digər maşınların üstünə sürüb qəza şəraiti yaradır. Bunu görən digər sürücülərin ona irad tutmasına baxmayaraq, o hərəkətlərindən qalmır və özünə haqq qazandırır. Hadisə şahidlərinin bildirdiyinə görə, Babək prospektində, "Maşın bazarı"nın yaxınlığında sürücülər onu saxladaraq, döyüblər.
Elməddin
Sürücülər piyada keçidində bunu BİLMƏLİDİR — AÇIQLAMA
Avtomobil ailə büdcəsinə neçəyə başa gəlir? - ARAŞDIRMA
3 milyon avroluq “Bugatti”si oğurlandı; özü “Porsche” ilə oğrunun arxasınca düşdü
Avtomobilin nömrəsi itərsə eynisini almaq mümkündürmü – QANUN NƏ DEYİR? - VİDEO
Bu marka benzinli avtomobillərin satışından imtina edir – QƏRAR VERİLDİ
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
Bu maşınların qiyməti kəskin ucuzlaşacaq - YENİ QƏRAR
Dizel məsələsində məcburiyyətə ehtiyac varmı?
Azərbaycanda benzinlə işləyən avtomobillər tarixə qovuşur
Dizel dövrü bitir: İlk dəyişiklik bu nəqliyyat növündən başlayır - AÇIQLAMA
Benzin və dizel maşınları bazardan çıxarılacaq? - EKSPERT AÇIQLADI













