Bakıda qəzadan sonra «07» kitab kimi qatlandı - VİDEO+FOTOLAR

Xəbər verdiyimiz kimi, iyulun 21-də, saat 11.37 radələrində Bakının Qala-Türkan yolundakı dairədə – yanacaqdoldurma məntəqəsinin qarşısında "VAZ-2107" markalı, 10 XF 917 dövlət nömrə nişanlı və "Ford" markalı, 90 HJ 927 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb, 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Avtosfer.az-ın məlumatına görə, hadisə ilə bağlı aparılan ilkin araşdırma zamanı "Ford"u idarə edən 1994-cü il təvəllüdlü, Hacıqabul rayonunda anadan olmuş və Binə südcülük sovxozu ərazisindəki yeni yaşayış massivində yaşayan Əliyev Vasif Fuad oğlunun sürücülük vəsiqəsi olmadığı üzə çıxıb. O, həmin avtomobillə Binə çörək zavodunun çörək və digər un məmulatlarını Şüvəlan, Mərdəkan və Həşəxunu yaşayış məskənləri ərazisində daşımaqla məşğul olurmuş.
Hadisə zamanı ölənlər Xocalı şəhər sakini, Ramana qəsəbəsində yaşayan 1973-cü il təvəllüdlü Əsədov Rüstəm Elbrus oğlu və Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü Əliyev Zahir Tapdıq oğludur. Məlumata görə, Rüstəm Əsədov "07"nin sürücüsü, Tahir Əliyev isə onun sərnişini olub. Həmin avtomobildə olan digər iki sərnişin xəsarət alıb. "Ford"un sürücüsü və sərnişini də yaralanıb və ilkin tibbi yardım göstərilib. Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Avtosfer.az həmin qəzanın videosunu əldə edib. "Təhlükəsiz şəhər" kameraları vasitəsilə qeydə alınan videoda qəzanın necə baş verdiyi aydın şəkildə görünür. Belə ki, «07» qəflətən düzünə hərəkətdə olan «Ford»un yoluna çıxır. «Ford» «07»ni tən ortadan vurub yerində fırladır. Qəza anında zərbənin təsirindən kitab kimi qatlanan "07"dən iki nəfər bayıra düşür. Onlar təhlükəsizlik kəmərini bağlamadıqları üçün bu mənzərə yaranır.
Qəzanın özəl videosunu təqdim edirik:
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı














