Bakıda sərxoş tutulan sürücülərin sayı 10 minə çatır

Paytaxtda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bu il yanvarın 1-dən avqustun 26-dək Bakıda keçirilən tədbirlər nəticəsində 451 min 918 inzibati protokol tərtib edilib. Avtosfer.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, protokollardan 9182-si avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi, 19 min 856-sı svetoforun qırmızı işığında keçmə, 4238-i sərnişindaşıma qaydalarının pozulması, 883-ü dövlət nömrə nişanı olmadan avtomobili idarə etmə, 4509-u ötmə, manevr etmə qaydalarının pozulması, 89 min 495-i yolayrıcını keçmə qaydalarının pozulması, 490-nı avtoxuliqanlıq, 1379-u isə nəqliyyat vasitəsinin sənədsiz idarə edilməsi ilə bağlıdır. Qalanları isə digər qayda pozuntusuna görə tərtib edilən protokollardır.
Bundan başqa, 455 min 730 elektron protokol tərtib edilib ki, bu da mərkəzi məlumat sistemində avtomatik olaraq yerləşdirilib.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










