Bakıda sürücülərə cəza yox, hədiyyə veriləcək – ÜNVANLAR

Bakıda yol polisi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ənənəvi tədbir keçirəcək. Avtosfer.az-ın məlumatına görə, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. O bildirib ki, martın 8-də Bakının müxtəlif küçə və prospektlərində, xüsusən də mərkəzi yollarda xanım sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılacaq. Həmin xanım sürücünün il ərzində neçə dəfə cərimə olunmasına, qəza törədib-törətməməsinə diqqət yetiriləcək. Təəssüflər olsun ki, xanım sürücülərin törətdiyi yol qəzaları da az deyil. Hətta son vaxtlar sərxoş halda sükan arxasına əyləşən xanım sürücülərə də rast gəlirik. Bundan əlavə, yol polisi "saxla" işarəsi verərkən yayınmağa çalışan xanım sürücülərin sayı artır. Əksəriyyəti qəsdən maşını saxlamır ki, həyat yoldaşım qoymur. Saxlayandan sonra deyirlər ki, eşitməmişəm. Amma bunlar əsas deyil ki, həmin sürücülər məsuliyyətdən kənarda qalsın. Qanunun tələbini pozan hər bir sürücü cərimə olunur. Yol polisi kişi və qadın sürücülər arasında fərq qoymur. Qanun hamı üçündür".
Vaqif Əsədov sonda onu da bildirdi ki, 8 Mart günü yol polisi xanım sürücülərə müxtəlif qiymətli hədiyyələr və gül verəcək. Tədbir Bakının mərkəzi küçə və yollarında olacaq.
Elmin
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












