Bakıda sürücüləri belə çaşdırırlar - Bilmədən qırmızı işıqdan keçənlər var

Bakının bəzi ərazilərində yollarda çaşqınlıq yaranıb. Bu barədə sürücülər şikayətlənir. Tanınmış jurnalist Əmrah Cəfərov bildirib ki, yollarda quraşdırılan rəqəmsal işıqforların bəziləri qeyri-dəqiq işləyir. "Bunu qəsdənmi edirlər, yoxsa texniki nasazlıqdı, bilmirəm. Amma həftə ərzində 2-ci dəfə rastlaşdığım olduqca xoşagəlməz və əsəb doğuran hadisədir. Belə ki, rəqəmsal svetaforun qırmızını göstərən son 01 saniyəsi yaşıla keçmək əvəzinə düz yarım dəqiqə donub qalır. Çaşqın vəziyyətə düşən sürücülərdən bəzisi yolu keçir, bəzisi isə digər sürücülər üçün təhlükə yaradaraq, yolayrıcında qalıb gözləməyə məcbur olur. Bununla da yolda əməlli-başlı xaos yaranır. 1-ci gün Xocalı prospektində (Xətai metrostransiyasının qarşısından Neftçilər Xəstəxanası istiqamətindəki yolayrıcında), bu gün isə 28 May küçəsində (Dəmiryolu İdarəsinin yaxınlığında) belə olaylarlın iştirakçısı oldum. Özü də maraqlıdır ki, bu cür "xuliqan" svetaforların yanında heç vaxt YPX əməkdaşları gözə dəymir", - deyə Əmrah Cəfərov bildirib.
Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Admiral.az-a bildirdi ki, ola bilər həmin ərazilərdə işıqforlarda nasazlıq var. Bu səbəbdən də, səslənən fikirlər araşdırılacaq və müvafiq tədbir görüləcək: "Deyilən ünvanlarda işıqforlarda nasazlıq yarana bilər. Həmin ərazilərdə işıqforlara baxış keçirilməlidir. Bundan sonra işıqforlarda rəqəmlərin hansı səbəbdən donması, nasazlığın olub-olmaması barədə məlumat verərəm. Əgər nasazlıq varsa, bu mütləq aradan qaldırılacaq".
Onsuz da tıxacda "boğulan" Bakı yollarında yaranmış bu problem vəziyyəti daha da ağırlaşdırır. Ümid edirik ki, Vaqif Əsədovun dediyi kimi problem araşdırılacaq və tezliklə həllini tapacaq.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı











