Bakıda sürücünün yeni aldığı maşın yandı - FOTO-VİDEO

Bakıda maşın yanıb. Hadisə paytaxtın Babək prospektində qeydə alınıb. Hərəkətdə olan 90 LA 622 dövlət nömrə nişanlı "Mercedes Benz" markalı avtomobil qəfil tüstülənib. Sürücü avtomobili yol kənarına çəkməyə macal tapmamış avtomobili alov bürüyüb. Yanğınsöndürən balonla maşının mühərrik hissəsindəki alova müdaxilə edə bilməyən sürücü Fövqəladə Hallar Nazirliyinin (FHN) "112 zəng mərkəzi"nə zəng vuraraq kömək istəyib. Dərhal hadisə yerinə gələn nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları yanğına müdaxilə ediblər. Onlar alovun maşının salon hissəsinə keçməsinin qarşısını alıblar. Hadisə zamanı sürücü xəsarət almasa da, avtomobilə xeyli ziyan dəyib. Olay yerinə gələn Xətai Rayon Dövlət yol Polisinin əməkdaşlarının bildirdiyinə görə, sürücü avtomobili yeni alıb. Sənədləşdirmə prosesini həyata keçirib evə qayıdarkən də maşın qəfil alovlanıb.
Faktla bağlı araşdırma aparılır.
APA TV
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR















