Bakıda yanacaq bahalaşıb, yoxsa maşın artıb?

Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 251,7 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Ötən 5 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,8 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Maraqlıdır, yanacağın qiyməti artıb, yoxsa yanacağa tələbat artıb?
Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev açıqlamasında deyib ki, ölkədə avtomobillərin sayı hər il kəskin artır:
“Ölkəmizdə yerli avtomobil sənayesi ölkə daxili tələbatı qarşılaya bilmədiyi üçün, xarici ölkələrdən xeyli sayda avtomobil idxal edilir. Hələ keçənilki yanvar-avqust stastistikalarına əsasən, ümumilikdə ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayı 65 486-dır. Onun da 60922 ədəd minik avtomobili, 4483 ədədi yük avtomobili, 81 ədədi avtobus olub. Belə olan halda əlbəttə ki, yanacağa olan tələbat artacaq. Paytaxtımızda az qala hər 10 nəfərdən 8-9-na avtomobil düşür. Bu səbəbdən yanacağa tələbat daha da artacaq”.
İqtisadçı vurğulayıb ki, yanacağa nə qədər tələbat artsa da, daxili bazarı qarşılamağa kifayət edir:
“Yanacağa təlabat ola bilsin ki, növbəti illərdə 10 faiz artsın. Yaxud da tam əksini müşahidə edə bilərik. Belə ki, inkişaf etmiş Avropa ölkələrində alternativ enerjilərə üstünlük verərək daxili yanma mühərriklərindən imtina etməyə çalışırlar. Lakin indiki durumda elektrik avtomobillərində aşkarlanan nöqsanlar onu göstərir ki, onlar daxili yanma mühərrikli avtomobilləri tam gücü ilə əvəz etməyə qadir deyil. Buna əsasən deyə bilərik ki, yanacağa olan təlabat ölkəmizdə daha da arta bilər”.
O qeyd edib ki, yanacağa olan tələbatı azaltmaq üçün müxtəlif ekoloji lahiyələr qəbul edilir:
“Lakin bunların heç biri indiki durumda özünü doğrultmağa qadir olmur. Çünki yaşıl dünya lahiyəsini qəbul etmək üçün çox vəsait lazımdır. Ancaq başqa iqtisadi məsələlər aktual olduğu üçün bu məsələ başqa zaman müzakirə oluna bilər”. / “Cebhe.info”
Cərimə ballarının ləğvi və 30-a qaldırılması Milli Məclisdə müzakirəyə çıxarıldı - ŞAD XƏBƏR
Avropalı ekspert: çinli istehsalçılar yaponların yolu ilə gedirlər
Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO
Təkər əyriliyinə görə yaranan problemlər
Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
“Toyota”nın saxta transmissiyası
İndiyə kimi neçə avtomobil utilizasiyaya verilib? – RƏSMİ AÇIQLAMA
Sürücüsüz avtomobillərlə bağlı TƏLƏBLƏR müəyyənləşir - Hansı hallarda İCAZƏ VERİLƏCƏK?
Elektromobillər daha az sürülür
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?










