Bakıda yeni dələduzluq: Ehtiyatlı olun! – VİDEO

Bakıda yeni dələduzluq üsulu ortaya çıxıb. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan bir videoda adamın özünü avtomobilin qarşısına atdığı əks olunur. Kameraya düşən şəxs əlini avtomobilinizə çırpıb yerə yıxılır ki, guya onu vurdunuz. Şəhərin müxtəlif yerlərində dayanan şəxs hazırda Alatavadan Şamaxinkaya çıxan yolda “növbə çəkir”. Amma bu dəfə işi alınmayıb. Videodan göründüyü kimi, avtomobil piyadanın yanından asta-asta ötüb keçir, sonradan sürücü arxa tərəfdən tappıltı səsi eşidir. Güzgüdən baxan sürücü arxada bir nəfərin yerə yıxıldığını müşahidə edir. Sürücü nəqliyyat vasitəsini kənara verib dayanır, düşən kimi artıq ətrafdakı adamlardan bir neçəsi sürücüyə xəbər verirlər ki, bu adam həmişə bu işlə məşğul olur - əlini avtomobilin arxa tərəfinə vurub özünü yerə yıxır. Sürücü artıq çıxıb yolun kənarında oturan bu adama yaxınlaşıb və ona xəbərdarlıq edib ki, onu videokameraya çəkib internetdə yayacaq, piyada dərhal yazıq görkəm alıb: “Mən nə deyirəm ki?.. Ayağım sürüşdü, yıxılanda əlim avtomobilinə dəydi”. Amma başqa hallarda bir çox sürücüləri bu yolla bəlaya salır. Qeyd edək ki, dələduzluqla məşğul olanlar iki nəfərdir. Qarşıdan gələn adamın son anda avtomobili vurmaq üçün əlini cibindən çıxarması da kameraya düşüb.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










