Bakıda yol polisini söyən sərxoş sürücü həbs edildi – 222 - FOTO

Bu gün Bakıda yol polisinə qarşı kobudluq edərəkən müqavimət göstərən və nalayiq ifadələr işlədən sürücü həbs olunub. Avtosfer.az-ın DYP-dən əldə etdiyi məlumata görə, günorta satlarında «Nissan Maxima» markalı, 90 NE 222 dövlət nömrə nişanlı avtomobil Neftçilər prospekti ilə Bül Bül küçəsinin kəsişməsində – yolayrıcında park edilibib. Orada dayanma-durma qadağan edildiyi üçün ərazidə xidmətən aparan yol polisi əməkdaşı sürücüyə yaxınlaşaraq avtomobili götürməyi tələb edib. Bu zaman avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü İsmixanov Eldar Rasim oğlu DYP inspektoruna qarşı kobudluq edərək nalayiq sözlərlə onu təhqir edib və avtomobili götürməkdən imtina edib. Hadisə yerinə gələn digər YPX əməkdaşları sürücünün sərxoş olduğunu aşkar ediblər. Daha sonra sürücü Səbail rayon 39-cu polis bölməsinə aparılıb. Burada toplanmış materiallar Səbail rayon Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə hakimiyyət nümayəndəsinin qanuni tələbini yerinə yetirməkdən imtina edən sürücü Eldar İsmixanov 10 gün inzibati həbs cəzasına məhkum edilib. Sürücü məhkəmədən birbaşa Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə aparılıb.
Elmin
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












