Bakıda yol polisini və svetoforu saymayan sürücü də var – REAL VİDEO

Bakıda yol polisini və svetoforun qırmızı işığını saymayan sürücülər də var. Onlardan biri də «Toyota Land Gruiser» markalı, 99 GV 901 dövlət nömrə nişanlı avtomobilin sürücüsüdür. Avtosfer.az-ın «radarına düşən» sürücü sentyabrın 1-də Kliniki Tibbi Mərkəzin qarşısında eyni vaxtda iki qayda pozuntusuna yol verib. Belə ki, sürücü yaxınlaşmaqda olan iki nəqliyyat vasitəsinin yoluna çıxır. Onlardan birincisi 99 YP 445 dövlət nömrə nişanlı DYP avtomobilidir. Hansı ki, DYP avtomobilinin üzərində sayrışan işıqlar yanır və bu zaman digər nəqliyyat vasitələri ona yol verməli idi. «Toyota»nın sürücüsü isə maşını hətta DYP avtomobilinin üstünə sürərək onu qoşa xəttin tələbini pozmağa məcbur edir. Videodan da göründüyü kimi, patrul avtomobili toqquşmadan yayınmaq üçün qoşa xəttin üstünə çıxır. Lakin maraqlıdır ki, DYP əməkdaşları həmin avtomobili saxlatdırıb cərimə yazmırlar və hərəkəti davam etdirirlər. Bunun ardınca arxadan «Mercedes» markalı avtomobil yaxınlaşır və «Toyota»nın sürücüsü ona da yol verməyərək saymazyana şəkildə yola çıxır. Qarşıda svetoforda dayanan «Toyota» az sonra piyada keçidinin üstünə çıxır. Bununla da ürəyi soyumayan sürücü qırmızı işığın yaşıla keçməsinə 11 saniyə qalmış hərəkəti davam etdirir. Vəziyyət o yerə çatır ki, bu görüntülərin qeydə alındığı avtomobildə olan 9 yaşlı uşaq həmin avtomobilin svetoforun qırmızı işığında hərəkət etdiyini dərhal başa düşüb «qırmızıdan keçdi» deyərək fikrini bildirir.
Yəqin ki, bir dəqiqədə 4 dəfə qayda pozun bu sürücü ilə bağlı tədbir görüləcək və o, bir daha cəmiyyətə pis nümunə olmayacaq. Elə bu sürücüyə göz yuman yol polisi əməkdaşları ilə bağlı da tədbir görülməlidir…
Elməddin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı











