Bakıda yüksək sürət qəzaya səbəb oldu - FOTOLAR

Bakıda yüksək sürət yol qəzasına səbəb olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Xətai rayonu, Nobel prospektində qeydə alınıb. Belə ki, Şəhriyar Daşdəmirov kirayə götürdüyü "KİA" markalı avtomobil ilə yüksək sürətlə Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olarkən döngədə idarəetmə itirib. Nəticədə qarşı yola keçən "KİA" əvvəlcə "Mercedes"ə daha sonra isə ağaca çırpılıb. Zərbənin təsiri o qədər güclü olub ki, ağac iki yerə bölünüb. Qəza zamanı xəsarət alan olmasa da avtomobil yararsız hala düşüb. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəliblər. "KİA"nın sürücüsü Ş.Daşdəmirov sərxoşluq müayinəsindən keçirilib. Müayinə nəticəsində sürücünün sərxoş olmadığı müəyyən olunub. Daha sonra avtotexniki ekspertiza təyin olunub.
Faktla bağlı araşdırma davam etdirilir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR















