Bakının bu küçələrində sağda və solda maşın saxlamaq qadağan edildi – FOTO

Bakıda keçiriləcək Formula 1 yarışları ilə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin küçənin hər iki tərəfində park edilməsi qadağan edilib. Avtosfer.az xəbər verir ki, bununla bağlı dayanma-durmanı qadağan edən müvəqqəti yol nişanları artıq əksər küçələrdə quraşdırılıb. Həmin küçələr arasında şəhərin bir çox yaşayış məntəqələri var. Dünən əməkdaşımız Mehdi Hüseyn, Şeyx Şamil, Lermontov və digər küçələrdə bu cür nişanların qoyulduğunun şahidi olub. Müvəqqəti yol nişanlarının üzərində əlavə lövhə də var ki, burada iyunun 14-dən 21-dək dayanma-durmanın qadağan edildiyi göstərilir.
Avtosfer.az sürücülərin diqqətinə çatdırır ki, iyunun 14-dən etibarən bu nişanların təsir zonasında park edilən avtomobillərin sürücülərinə ya yerində 20 manat cərimə yazılacaq, ya da avtomobil evakuasiya edilməklə 40 manat cərimə tətbiq olunacaq.
Qeyd edək ki, əvvəllər həmin küçələrdə avtomobillərin yalnız sol tərəfdə park edilməsinə icazə verilirdi. Artıq iyunun 14-dən etibarən solda da dayanmaq olmaz. Çünki Formula 1 yarışları ilə əlaqədar olaraq bağlanacaq küçə və prospektlərdən nəqliyyat axını məhz bu küçələrə istiqamətləndiriləcək. Nəqliyyatın hərəkətin rahat, təhlükəsiz və intensivliyini təmin etmək üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu küçələrdə avtomobil saxlamağı qadağan edir.
Elməddin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı















