Bakının bu küçəsində sıxlıq azalacaq: NİİM geriyə dönməni qadağan etdi - VİDEO

Paytaxtın Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yaranan avtomobil sıxlığı azalacaq.
Avtosfer.az xəbər verir ki, bu məqsədlə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları ərazidə təhlillər aparıblar.
Qeyd olunan kəsişmədə sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək, eləcə də yaranan sıxlığı azaltmaq məqsədilə təkliflər hazırlanıb və icrası ilə bağlı aidiyyəti dövlət qurumundan müsbət rəy alınıb. Belə ki, bundan sonra Əhməd Rəcəbli küçəsilə hərəkət edən avtomobillər yolda 3.19 (Geriyə dönmək qadağandır) nişanı quraşdırıldığından birbaşa geriyə dönə bilməyəcəklər. Onlar Təbriz küçəsi istiqamətinə hərəkət edib Nərimanov parkının qarşısındakı alternativ geriyədönmədən istifadə edə biləcəklər. Bununla yanaşı, Təbriz küçəsindən Əhməd Rəcəbli küçəsi istiqamətində də yaranan sıxlığın qarşısını almaq üçün svetoforda əlavə sağa dönmə seksiyası quraşdırılıb.
Məhəbbət Tərlnoğlu
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var










