Bakının bu yolları bağlıdır

Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Avtosfer.az-a bildiriblər ki, paytaxtda aparılan təmir işləri ilə əlaqədar aprelin 30-dan etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsində yerləşən avtomobil tunelinin girişindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində M.Ə.Rəsulzadə qəsəbəsinə doğru olan istiqamət üzrə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Bundan başqa, yolda aparılan təmir və tikinti işlər ilə əlaqədar Neftçilər prospektində, Azadlıq meydanının qarşısında yolun 3 zolağı bağlanıb.
Neftçilər prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində də yolun 2 zolağı bağlıdır.
Eləcə də Alfred Nobel prospektində, "ASAN Xidmət" mərkəzinin qarşısındakı yol Zığ şossesi istiqamətində yeni yeraltı keçidin tikilməsi ilə əlaqədar olaraq bağlanıb. Alternativ olaraq sürücülərdən Yeni Bulvar ərazisi - Dəniz kənarı yoldan istifadə etməsələri xahiş olunur.
Qeyd edək ki, artıq uzun müddətdir ki, Ceyhun Səlimov küçəsi də Hərbi hospitalın qarşısından 3-cü mikrorayon dairəsi istiqamətində ərazidə yeni metro stansiyasının tikintisi ilə əlaqədar bağlıdır.
Sürücülərdə sadalanan hərəkət istəqaməti üzrə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










