Bakının mərkəzində 6 küçə bağlandı - SİYAHI

Yasamal rayonunun keçmiş "Sovetski" ərazisində yeni yol-nəqliyyat infrastrukturunun salınması və abadlıq işlərinin aparılması ilə əlaqədar avqustun 5-dən etibarən Mirzağa Əliyev, Abdulla Şaiq, Zülfi Adıgözəlov, Mustafa Sübhi, Mirzə Fətəli Axundov və Murtuza Muxtarov küçələrinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulub.
Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, qeyd edilən ərazidə yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Çingiz Mustafayev küçəsində nəqliyyat vasitələrinin hərəkəti Zərgərpalan küçəsindən Nəriman Nərimanov prospekti istiqamətində birtərəfli təşkil edilərək Mirzağa Əliyev küçəsi vasitəsilə hərəkət edən nəqliyyat vasitələri bu küçəyə yönləndiriləcək. Sürücülərə alternativ yollarla hərəkət etməyi tövsiyə olunur.
Bundan başqa, Çingiz Mustafayev küçəsində hərəkətin qeyd edilən istiqamətdə təşkil edilməsi məqsədilə ümumilikdə 39 ədəd (18 ədəd “Dayanmaq qadağandır” (3.27), 3 ədəd “Baş yol” (2.1), 4 ədəd “Dayanmadan keçmək qadağandır” (2.5), 6 ədəd “Giriş qadağandır” (3.1), 3 ədəd “Düzünə və ya sola hərəkət” (4.1.5), 2 ədəd “Düzünə hərəkət” (4.1.1), 1 ədəd “Birtərəfli hərəkət” (5.5) və 2 ədəd “Sola hərəkət” (4.1.3)) yol nişanının quraşdırılması nəzərdə tutulub.
Elmin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













