Bakının mərkəzində qorxunc qəza - Hadisə yerindən VİDEO

Bakının Nərimanov rayonu ərazisində, Fətəli xan Xoyski küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində bir neçə avtomobilin toqquşması ilə müşahidə olunan yol qəzası baş verib. Avtosfer.az-ın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, qəzada 4 nəfər yaralı var. «Mercedes C-klass», «VAZ-2107», «Jeep Grand Cherokee» və digər "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində yolda hərəkət məhdudlaşıb.
Qeyd edək ki, yağışlı hava şəraitindən sonra bu kəsişmədə olan 4 işıqfordan ikisi işləmir. Qəzaya səbəbin də bunun olduğu ehtimal edilir.
1 saylı Şəhər Kliniki Xəstəxanasından APA-ya verilən məlumata görə, ora qəza zamanı xəsarət alan iki nəfər aparılıb. Bunlar Ruqiyyə Dadaşova və Nicat Ağamalıyevdir. Digər iki yaralı isə özəl xəstəxanalara aparılıb.
Nərimanov Rayon Dövlət Yol Polisi İdarəsinin hadisə yerində müayinələr aparan inspektoru Emin Əmrahov APA-ya açıqlamasında deyib ki, işıqfordakı problem hava şəraiti ilə əlaqədar yaranıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Fuad
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA


















