Bakıya gəldi, avtomobili oğurlandı - VİDEO

Lənkərandan paytaxa atasına baş çəkməyə gələn Elvar Məlikovun avtomobilini oğurlayıblar. Hadisə Nəsimi rayonu 1-ci mikrarayon ərazisində olub. Zərərçəkmiş Elvar Məlikovun sözlərinə görə bir neçə gün əvvəl paytaxa xəstə atasına baş çəkməyə gəlib. Özünə məxsus ''Vaz-2106'' markalı avtomobilini isə binanın qarşısında saxlayıb. Bölmədə zərərçəkmişin ifadəsi alındıqdan sonra təhqiqatçılar hadisə yerinə baxış keçiriblər.Burada araşdırma aparılarkən avtomobilin olduğu yerdən Elvar Məlikovun maşınına məxsus şüşə qırıqları tapıblar. Zərərçəkmişin sözlərinə görə avtomobili hadisədən bir neçə ay əvvəl yaşadığı rayonda 2500 manata alıbmış. Elvar Məlikov özü dəfələrlə binanın yaxınlığındakı uşaq bağçası və mağazaların müşahidə kameralarına baxış keçirsədə avtomobilinin oğurlanması anını görməyib. Zərərçəkmiş onu da qeyd etdi ki, bu fakt sözügedən ünvanda ilk deyil. Bir neçə dəfə də qonşularının avtomobilləri qaçırılıb.Avtomobillər saz vəziyyətdə tapılsada cinayəti törədənlərdən xəbər yoxdu.
Məlum cinayətlə bağlı 19-cu polis bölməsindən aldığımız məlumata görə, avtomobilin axtarışları üçün işin icrası Nəsimi rayon polis idarəsinə verilib. İdarədən isə cinayət işi başlanıb, axtarışlar davam etdirilir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












