Bakıya ilk avtomobili o gətirib – TARİXİ FOTO

Bakının neft milyonçularından olan böyük xeyriyyəçi İsa bəy Hacinskinin ictimai-siyasi fəaliyyətindən bəhs edən monoqrafiyanın təqdimat mərasimi keçirilib. Avtosfer.az "Modern.az"a istinadən xəbər verir ki, kitabın müəllifi Hacinskinin nəticəsi dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadədir. Monoqrafiya İsa bəy Hacınskinin həyat və hərtərəfli fəaliyyətinə həsr olunur. Həmin tədqiqat işində ilk dəfə arxiv sənədlərinə əsaslanaraq İsa bəyin öz xalqı üçün etdiyi çoxsaylı xeyirhaq əməlləri işıqlandırılır. Burada, ilk dəfə olaraq İsə bəy Hacınskinin Bakının XIX əsrin sonları XX əsrin əvvələrində ictimai-siyasi həyatında bir dövlət xadimi, maarifçi və mesenat kimi mühüm rol oynadığı bir daha açıqlanır.
Kitabda yer alan məlumatlara görə, XX əsrin əvvəllərində İsa bəy Hacinski təkcə iri neft kapitalına sahib iş adamı deyil, həm də dövrün yeniliklərini Bakıya gətirən şəxs olub. Əldə olunan arxiv sənədləri onun 1905–1906-cı illərdə Rusiyanın iri səhmdar cəmiyyətlərindən milyon rubl dəyərində pay alaraq Çələkan (indiki Çələken yarımadası, Türkmənistan) neft yataqlarının əsas sahiblərindən birinə çevrildiyini göstərir.
Londonla sıx işgüzar əlaqələri olan Hacinski həmin səfərlərin birində 1904-cü ildə istehsal olunan “Rolls-Royce” markalı avtomobili şəxsi istifadəsi üçün alaraq Bakıya gətirib. Bu avtomobil şəhərə gətirilən ilk belə nəqliyyat vasitəsi hesab olunur və o dövrün sakinləri üçün son dərəcə qeyri-adi hadisə imiş.
Kitabda təqdim olunan tarixi fotoşəkildə İsa bəyin böyük oğlu Sadıq bəy sükan arxasında, kiçik oğlu isə arxa oturacaqda əyləşmiş halda görünür.
Nuridə İsmayılzadə kitabda həmçinin İsa bəy Hacinskinin Bakıya gətirdiyi digər yeniliklərdən - şəhərdə ilk şəxsi kinokamera və kino çəkiliş avadanlığının məhz onun tərəfindən alınmasından da bəhs edir.


Avtomobil istehsalı ilə bağlı yeni qaydalar qüvvəyə minir
Siyasətçi Çin avtomobillərini xərçəng xəstəliyi ilə müqayisə etdi
"Bu maşınların qiyməti cüzi arta bilər" - Hörmüz böhranının Azərbaycana təsirləri
Avtomobil nömrəsini itirən sürücü nə etməlidir?
Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ
Avtomobiliniz hər an yana bilər: Maşınınızı həvəsinizə qurban verməyin
İlk iş günü Nizamidə yaranan tıxacın görüntüsü yayıldı - VİDEO
30 ailə yığışıb 1 avtomobil aldı – ETİBARNAMƏSİZ - FOTO
“Zeekr” özbəkləri belə ziyana salır
Yaxın Şərqdəki gərginlik avtomobil idxalını vurur: Bahalaşma qaçılmazdır? - VİDEO
Elektromobil polisin işinə yaramadı










