“BakuBus”ın avtobusu ahıl piyadanı vurub

"BakuBus" MMC-nin avtobusu yaşlı qadını vurub. Hadisə Nəsimi rayonunda Mirəli Qaşqay küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib. Belə ki, "BakuBus" MMC-yə məxsus 8 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən piyada 73 yaşlı Simuzər Məmmədovanı vurub. S.Məmmədova Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb. O kəllə-beyin travması alıb. Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti orta-ağırdır. Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Məlum olub ki, piyada parkinq ərazisindən çıxaraq avtobusun sağ tərəfinə çırpılıb.
"BakuBus" MMC-nin mətbuat xidmətindən "Report"a fakt təsdiqlənib. MMC-dən bildirilib ki, baş vermiş hadisə ilə bağlı yol polis əməkdaşlarının rəyi əsasında avtobusun sürücüsünə qarşı lazımi tədbir görüləcək: "Sözügedən avtobus həmin yolda nəzərdə tutulan sürət həddini aşmayıb".
Faktla bağlı "BakuBus" MMC və Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən araşdırma aparılır.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












