Bank maşınları ucuz qiymətə satışa çıxarıldı - "Galenvagen", "Lexus", "S class"...

Əmanətlərin Sığortalanması Fondu (ADİF) Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakı satışa çıxarır. Fonddan Avtosfer.az-a verilən məlumata görə, 39 lot üzrə daşınar və daşınmaz əmlak ilk dəfə hərraca çıxarılır, 15 lot üzrə daşınar və daşınmaz əmlak isə təkrar hərraca çıxarılır. Belə ki, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansında olan 1 ədəd “Daewoo Nexia”, 3 ədəd “Mitsubishi Lancer”, 6 ədəd “Toyota Corolla”, 1 ədəd “Toyota Avalon” markalı minik avtomobilləri və 2 ədəd bankomat təkrar hərraca çıxarılır.
Ləğv prosesində olan “Bank Standard” QSC KB-nin balansında olan 2 ədəd VAZ-213100, 2 ədəd “Toyota Camry”, 2 ədəd “Lexus LX-570”, 1 ədəd “Mercedes Benz CLS 63 AMG”, 1 ədəd “Mercedes Benz GL500”, 1 ədəd “Mercedes Benz S500i”, 1 ədəd “Jeep Grand Cherokee”, 1 ədəd “Mitsubishi Outlander”, 2 ədəd “Ford Transit Connect” markalı avtomobillər və 4 ədəd bankomat isə ilk dəfə hərraca çıxarılır.
Ləğv prosesində olan “Royalbank” ASC-nin balansında olan 1 mənzil, 2 ev və 1 qeyri-yaşayış sahəsi, ləğv prosesində olan “Zaminbank” ASC-nin balansında olan 1 ədəd “Ford Transit Connect” markalı avtomobil, ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin balansında olan 1 ədəd “Mercedes Benz S350” markalı avtomobil ilk dəfə hərraca çıxarılır.
Bundan başqa, ləğv prosesində olan “Kredobank” ASC-nin balansında olan 1 qeyri-yaşayış sahəsi təkrar hərraca, 2 qeyri-yaşayış sahəsi, 1 ədəd QAZ-3110, 1 ədəd “Toyota Camry” və 1 ədəd “Toyota Land Cruser” markalı avtomobillər isə ilk dəfə hərraca çıxarılır.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bağ evi təkrar hərraca, 2 ədəd bankomat, 7 qeyri-yaşayış sahəsi və bir lot üzrə 3 torpaq sahəsi ilk dəfə hərraca çıxarılır.
Hərrac açıq formada Xammal və Əmtəə Birjasında, Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanda keçiriləcək.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bağ evinin satışı üzrə hərrac 12 fevral 2018-ci il, ikinci dəfə satışa çıxarılan digər əmlaklar üzrə təkrar hərrac 19 fevral 2018-ci il, ilk dəfə satışa çıxarılan əmlaklar üzrə isə hərrac 26 fevral 2018-ci il tarixlərində keçiriləcək.
Emin
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO
İki Avropa ölkəsi Çin avtomobillərində təhlükə görür
Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? - VİDEO
Çin qlobal avtomobil sənayesini fəth etdi, veteran AB brendləri isə…
"Lamborghini" rekord sayda avtomobil satıb - 10 mindən çox
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - 2000 manata qədər ...
Avtomobildə qazdan zəhərlənmə təhlükəsi - Risk yaradan səbəblər
"Volvo"dan genişmiqyaslı yenilənmə: İki milyondan çox avtomobili əhatə edəcək
Bir USB ilə bütün sistemi sıradan çıxa bilər - Avtomobil üçün gizli təhlükə
Bu məşhur 5 avtomobili almayın! - SİYAHI
Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: Köhnə və xarab detallar satılır











