Bank sədrlərinin xidməti avtomobil markaları – SİYAHI

Avtosfer.az xəbər verir ki, Fed.az saytı oxucuların marağını nəzərə alaraq, Azərbayacanda fəaliyyət göstərən bankların İdarə Heyəti sədrlərinin xidməti avtomobil markalarının siyahısını hazırlayıb. Siyahıdan aydındır ki, bank rəhbərləri o qədər də bahalı xidməti avtomobillərdən istifadə etmirlər.
Avtomobillərin markası ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.
| Bankın adı | İdarə Heyətinin sədri | Ximəti avtomobilin markası | İstehsal tarixi və rəngi |
| Günay Bank | Emin Ağayev | Range Rover Vogue Autobigraphy | 2015-boz |
| Turan Bank | Rauf Kazımov | Audi A 6 | 2012-tünd göy |
| UniBank | Faiq Hüseynov | Audi A8 | 2015-qara |
| Kapital Bank | Rövşən Əliyev | Lexus | 2014-ağ |
| PAŞA Bank | Taleh Kazımov | Lexus | 2014-ağ |
| AFB Bank | Zaur Qaraisayev | Hyundai Grandeur | 2014-qara |
| Azərbaycan Sənaye Bankı | Doğan Tandoğan | Hyundai Elantra | 2014-ağ |
| Silkway Bank | Mahir Əhmədov | Hyundai Sonata | 2014- qara |
| VTB Bank Azərbaycan | Yevqeniy Kirin | Mercedes S Class | 2011-qara |
| ATA Bank | Dəyanət Quliyev | Mercedes S Class | 2014-qara |
| Azərbaycan Beynəlxalq Bankı | Xalid Əhədov | Mercedes S Class | 2015-qara |
| Xalq Bank | Elxan Ağayev | Mercedes S Class | 2014-qara |
| AccessBank | Rolf Reyxardt | Volkswagen Touareg | 2014-ağ |
| Bank Respublika | Asəf Namazov | Honda Accord | 2014-qara |
| NBC Bank | Səid Qasımov | Nissan Maxima | 2014-qara |
| MuğanBank | Elmir Həsənov | Toyota Camry | 2014-qara |
| Expressbank | İlham Həbibullayev | Toyota Camry | 2014-ağ |
| Rabitəbank | Elçin Qədimov | Toyota Camry | 2012- qara |
| YapıKredi Bank | Cenk Yüksel | Toyota Camry | 2015-qara |
| Bank Nikoil | Nikoloz Şurqaia | BMW 750 | 2014-qara |
| AmrahBank | Emil Həsənov | Toyota Camry | 2014-qara |
| BTB Bank | Emil Rzayev | - | - |
| AGBank | Əfqan Cəlilov | - | - |
| AzərTürk Bank | Orxan Hüseynov | - | - |
| Melli İran Bankı Bakı | Əsgər Xəlili | - | - |
| Pakistan Milli Bankı | Xan Zar Vali | - | - |
| Bank Avrasiya | Fuad Aslanov | - | - |
| Naxçıvan Bank | Azər Məmmədov | - | - |
| Ziraat Bank Azərbaycan | Avni Demiçi | - | - |
| Dəmir Bank | Fərid Abışov | - | - |
| Bank of Baku | Eldar Həmidov | - | - |
- Qeyd edək ki, “DəmirBank”ın marketinq departamentinin əməkdaşı Tofiq Ağayev məlumatı verməkdən imtina edib. O bildirib ki, bankın İdarə Heyətinin sədrindən belə bir xəbəri dəqiqləşdirə bilməz. Bildirmək istəyirik ki, əslində PR əməkdaşın vəzifə öhdəkliyi digər işlərlə yanaşı mətbuatın soğularını cavablandırmaqdır.
- “Bank of Baku”da da eyni problem yaşanıb. PR şöbə tərəfindən sorğunun cavablandırılmasından imtina edilib.
- Digər banklar isə ümumiyyətlə edilən telefon zənglərinə cavab verməyib.
Orxan














