Banklar bu maşınları sürücülərdən alıb cərimə meydançasında çürüdür - VİDEO

Avtomobillərin bəziləri çürüyür, bəziləri isə artıq istifayə yararsız haldadır. Bunların hamısı kreditdə olub, problem çıxdıqdan sonra müsadirə olunan maşınlardır. Belə vəziyyət Bərdədə yaşanır. Dövlət yol polisinə məxsus cərimə meydançasında xeyli sayda istifadəyə yararsız və bankların mülkiyyətində olan maşınlar var. Buradakı avtomobillərin bir qismi illərdir ki, burada atılmış vəziyyətdədir.
Bərdə sakini Şamo Adıgözəlov da avtomobili bank tərəfindən alınan şəxslərdən biridir. O deyir ki, avtomobili alınanadan sonra miəyyən miqdar düzəldib öz avtomobilini geri almaq istəyib, lakin bank buna icazə verməyib.
Mütəxəsislər bildirir ki, əgər avtomobil müsadirə olunubsa, artıq bankın əmlakı sayılır. Yəni avtomobilin sahibi onun üzərinədki bütün hüquqlarını itirir. Bundan əlavə avtomobilin dəyəri borcu ödəyirsə həmin şəxsin borcu qapanmış hesab olunur. Yox əksinə, avtomobilin dəyəri borcdan azdırsa həmin şəxsin digər əmlaklarına da sanksiya gələ bilər. Əgər hansısa şəxs öz avtomobilini geri almaq istəyirsə tender də iştirak edib yenidən avtomobilini ala bilər.
O ki qaldı avtomobillərin burada çürüyüb yayarsız hala düşməsinə, artıq bu, birbaşa bankı maraqlandıran məsələdir. Məsələ ilə bağlı Bərdə rayon Dövlət Yol Polisi Bölməsindən isə bildirildi ki, bankların uzun illərdir ki, cərimə meydançalarında qalan avtomobillərin götürülməsi ücün aidyyəti üzrə həmin banklara rəsmi məktub göndəriləcək. Cünkü həmin avtomobillər müvvəqəti saxlama dayanacaqlarında yer sıxlığı yaradırlar.
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










