Baş həkimin oğlu camışla toqquşub xəstəxanada öldü

Göyçay rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən bildirir ki,hadisə saat 21:45 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun 195-ci kilometrliyində, rayonun Qarayazı kəndi ərazisində qeydə alınıb. Göyçay istiqamətində "VAZ 21015" markalı avtomobil ilə hərəkətdə olan rayonun Qaraməryəm kənd sakini Sultanov Zaur İsa oğlu yolu keçmək istəyən iki camışı vurub. Nəticədə avtomobil yoldan çıxaraq kənara aşıb. Qəza zamanı sürücü yaralanıb və dərhal Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qəza nəticəsində heyvanlar da tələf olub.
İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Həlak olan şəxs Qaraməryəm kənd sahə xəstəxanasının baş həkimi İsa Sultanovun oğludur.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












