Başımıza buz düşə bilər - Sürücülərə və piyadalara xəbərdarlıq - VİDEO

Şaxtalı havalardan sonra bəzi yerlərdə yaranan sırsıralar insanlar üçün təhlükə yaradır. Yaşayış evlərinin damından və yol ötürücülərindən sallanan və uzunluğu yarım metrdən çox olan sırsıralar oradan keçən piyada və avtomobillər üçün təhlükə mənbəyi sayılır. Çünki yol ötürücüsündən sallanan yarım metrdən çox uzunluqda sırsıranın altından avtomobillər və piyadalar hərəkət edir. Bu görüntülər paytaxtın Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yol ötürücüsündəndir. Buradan keçən avtomobillər və piyadalar təhlükə ilə üz-üzə qalırlar.
Məsələ ilə bağlı cavabdeh qurum ''Azəryolservis''dən “Xəzər Xəbər”ə bildirildi ki, problemin qarşısını almaq üçün əməkdaşlar cəlb olunub.
Şamaxı rayonuda isə mövcud problem yaşayış evlərində yaşanır. Yaşayış evlərinin damından və eyvanından sallanan sırsıralar yaxınlıqdan keçənlər, xüsusilə də uşaqlar üçün təhlükə sayılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












