Bayramdan sonra dizel bahalaşa bilər - Qiymətlə bağlı...

Cari ilin yanvar-noyabr ayları ərzində neft məhsullarından dizel yanacağının istehsalı 20% azalıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. İstehsalın azalması qiymətlərə təsir edə bilərmi?
Bununla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, dizel hasilatının azaldılması gələcəkdə qiymətlərin artırılmasına səbəb ola bilər: “Dizel yanacağı ilə benzin arasındakı qiymət fərqi kifayət qədər yüksəkdir. Ona görə də, belə bir ehtimalın olması mümkün idi. Son statistik göstəricilər onu sübut edir ki, dizel yanacağının qiymətinin aşağı olması “Aİ-92” markalı benzinə marağı artırıb. Bu azalma ilin əvvəlində 7% idisə, ilin sonunda 20% olub. Nəticə onu göstərir ki, dizelin istehslına maraq azalır. Bu marağı artırmaq üçün gələcəkdə dizelin qiymətinin artırılması ilə bağlı addımların atılmasını görə bilərik. Ehtimal edirəm ki, yaxın həftələrdə, aylarda dizelin qiyməti ilə bağlı müəyyən qərarlar verilə bilər”.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












