Belə sürücülər özlərini təhlükəyə atır - Ziyanı kim ödəyəcək? - VİDEO

Bəzi sürücülər avtomobillərini təmir-pərpa işləri aparılan binaların qarşısında park edirlər. Müəyyən yerlərdə isə, tikinti şirkətləri tərəfindən təhlükəsizlik məqsədilə ərazidə heç bir qoruyucu sədd çəkilməyib. Belə vəziyyətdə avtomobilin üzərinə tikinti materialları düşdükdə sürücü ilə tikinti şirkəti arasında problemlər yaranır. Bəs avtomobilə zərər dəydikdə bunu kim ödəməlidir?
Hər an təmir zamanı istifadə edilən tikinti materialları avtomobillərin üzərinə düşə bilər. Bununla yanaşı bu ərazidən piyadalarda keçir. Söhbət paytaxtın Səbail və Xətai rayonlarından gedir. Səbail rayonu Xəqani küçəsində olan yaşayış binasında təmir işləri aparılmasına baxmayaraq binanın qarşısında qoruyucu sədd qoyulmayıb. Bəzi yerlərdə isə binanın qarşısı təhlükəsizlik məqsədilə lentə alınmasına baxmayaraq bəzi sürücülər bu yerdə də avtomobili park ediblər. Eyni mənzərə Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən tikilməkdə olan yaşayış binaının qarşısında da yaşanır.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Emil Allahverdiyev deyir ki, belə yerlərdə təhlükəsizlik məqsədilə xüsusi xəbərdaredici nişanlar qoyulmalıdır.
Əgər avomobilə zərər dəyərsə sürücüyə dəymiş ziyanı kim ödəməlidir? Ekspertlər deyir ki, kasko sığortası olmayan sürücülər belə vəziyyətdə problemlə qarşılaşır.
Qeyd edək ki, tikinti şirkətləri belə vəziyyətdə əməyin müahifizəsi qaydalarının pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinə görə 1000 manatdan 2000 min manata qədər cərimələnə bilərlər.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










