Belmondonun avtomobili satışa çıxarıldı - VİDEO
Avtoxəbər
2 Fevral 2023 12:09
Oxunub 818
Parisdə ötən gün başlayan “Retromobile 2023” sərgisində məşhur aktyor Jan-Pol Belmondonun idarə etdiyi avtomobil satışa çıxarılıb.
Avtosfer.az-ın Fransa KİV-ə istinadla xəbərinə görə, 1966-cı ildə istehsal edilmiş “Ford Mustang”ı məşhur aktyor 1983-cü ildə çəkilmiş “Marginal” filmində idarə edib. Hətta avtomobilin filmdəki nömrəsi də saxlanılb.
Əslində filmdə 2 “Ford” istifadə edilib. Lakin onlardan biri çəkiliş vaxtı yararsız hala düşdüyündən metal tullantısı kimi çıxdaş edilib. Film üçün avtomobilin konstruksiyasında dəyişiklik edilib.
Saytda qoyulan elana görə avtomobilin 200 – 400 avro arasında satılacağı ehtimal edilir.
Vüqar
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR