Benzinlə işləyən, yoxsa hibrid avtomobillər? – SORĞU

“ACT Azərbaycan” 19 aprel - 1 may tarixlərində Bakı şəhərində apardığı sorğunun nəticələrini təqdim edir. Bakıda avtomobillərin sayı artdıqca yanacağa tələbat və yollarda tıxaclar da artır. Bundan başqa, avtomobillərdən xaric olan zəhərli qazlar ekologiyanı korlayır. Avtosfer.az xəbər verir ki, bütün sadalananların qarşısını almaq üçün inkişaf etmiş ölkələrdə qənaətli və azlitrajlı nəqliyyat vasitələrindən, xüsusən də alternativ yanacaqla işləyən (hibrid, elektromobil) avtomobillərdən istifadə olunur. Bəs paytaxt əhli avtomobil dünyasında baş verən son texnoloji nailliyyətlərdən xəbərdardırmı ?
Sorğu nəticəsində məlum oldu ki, böyük əksəriyyət hibrid avtomobillərin mövcudluğundan xəbərsizdir (73%).
“Avtomobil alarkən hansını seçərsiniz - ənənəvi, yoxsa alternativ enerjiylə çalışanını?” sualına böyük əksəriyyət cavab verə bilməyib (45%). Cavab verənlər isə benzinlə işləyən ənənəvi avtomobilləri tərcih ediblər (31%).
Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9%-dir.
Fərid
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












