Bərdədəki dəhşətli qəzanın sirri açıldı: Ərlə arvaddan sonra körpə də öldü

Dünən Bərdə şəhərində baş vermiş dəhşətli qəzanın təfərrüatları məlum olub. Avtosfer.az-ın Baş Dövlət Yol Polisi İdarəsindən əldə etdiyi məlumata görə, Bərdə-Tərtər yolunun 1-ci km-də Tərtərdən Bərdə istiqamətində hərəkətdə olan «Mercedes» markalı avtomobil Zümürxan kəndi ərazisində sərt döngədə ötmə-manevr qaydalarını pozaraq qarşı yola çıxıb. Bu zaman qarşıdan gələn «VAZ-2106» markalı avtomobillə toqquşan «Mercedes» daha sonra digər «VAZ-2106» ilə toqquşub. Bununla da dayanmayan «Mercedes» «Ford» markalı avtomobillə toqquşaraq dayanıb. Hadisə nəticəsində «Mercedes»in vurduğu ikinci «06»da olan Kəlbəcər rayonundan məcburi köçkün Alim İsayev, onun həyat yoldaşı Vəfa İsayevadır və onların iki azyaşlı uşağı ağır xəsarətlər alıb. Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişənlər ər-arvaddır. Gənc ailənin iki azyaşlı övladlarından biri isə bu gün dünyasını dəyişib.
Əldə etdiyimiz məlumata görə, hadisəni törədən şəxs hərbçidir. «Mercedes»i idarə edən sürücü Milli Ordunun giziri, Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan 1980-ci il təvəllüdlü Əliyev Vüsal Ələkbər oğludur. Hadisə yerindən qaçan sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılaraq hadisə yerinə gətirilib. Hadisədən əvvəl DYP avtomobili ilə üz-üzə gələn sürücü onu keçən kimi qəza törədib. Baş verənlərin hamısı ərazidə xidmət aparan DYP əməkdaşlarının xidməti avtomobilindəki kamera ilə qeydə alınıb. Görüntülər aidiyyatı orqanlara təhvil verilib. Bərdə Rayon Prokurorluğunda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Artıq həmin sürücü həbs olunub.
Elməddin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










