"Beşmərtəbə" dairəsi yox oldu - Yeni qaydalar belə olacaq - FOTOLAR

Bakının "Beşmərtəbə" adlanan dairəsi ləğv edilərək hərəkətin təşkilinə dəyişiklik olunub. Avrosfer.az xəbər verir ki, indiyə kimi "Nizami" metrosundan (Şıxəli Qurbanov küçəsindən) gələn avtomobillər dairəyə daxil olaraq həm "Nizami" metrosu istiqamətinə geri qayıda bilirdi,həm də Şəmsi Bədəlbəyli küçəsinə dönərək 28 may istiqamətinə gedirdilər. Bu gündən sonra "Nizami" metrosu istiqamətindən düşən avtomobillər Akademik Milli Dram teatrının yanından sağa dönərək həm Nərimanov prospekti istiqamətinə gedə bilərlər,həm də Teatrın arxasından geriyə dönərək Şəmsi Bədəlbəyli küçəsi istiqamətinə (28 may istiqamətinə) gedə bilərlər. Füzuli küçəsindən dairəyə gələn sürücülər də həmçinin sağa "Nizami" metrosu istiqamtinə gedə bilər,həm də düzünə Nərimanov prospekti istiqamətə gedə bilər.
Hal hazırda qeyd olunan yerdə asfalt örtüyü çəkildiyinə görə avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.
Təbriz
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı






















