Banner

Bu avtomobillər idxalı rüsumlardan azad edilir - ŞAD XƏBƏR

Avtoxəbər 28 Yanvar 2026 15:44
Bu avtomobillər idxalı rüsumlardan azad edilir - ŞAD XƏBƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir.

Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təsdiqedici sənədi əsasında şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən, ölkə üzrə isə ümumilikdə 10 ədəddən artıq olmamaq şərti ilə raritet avtonəqliyyat vasitələrinin idxalı gömrük rüsumundan azad ediləcək.

Hazırda qüvvədə olan qaydalara görə, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş, həmçinin zavod buraxılış tarixindən 40 ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab olunur.

Təklif olunan dəyişikliyə əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlərlə tənzimlənəcək:

  • idxalın müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;

  • idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının bir şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən, ölkə üzrə isə ümumilikdə 10 ədəddən çox olmaması.

Qeyd edilib ki, bu dəyişiklik raritet avtonəqliyyat vasitələrinin idxalçıları üçün xərclərin azalmasına şərait yaradacaq.

Könül Rauf

Oxunub 486
ŞƏRH YAZ
Ad

E-mail

Şərh