Bəzi radarlar yeni Məcəlləyə uyğunlaşdırılmayıb - Problem - VİDEO

Bəzi ərazilərdəki radarlar yeni İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırılmayıb. Bunu yolun əks tərəfində olan piyadaya yol vermədikləri üçün bəzi sürücülərə gələn protokollar deməyə əsas verir. Belə radarlardan biri paytaxtın Yasamal rayonu Mikayıl Müşfiq küçəsindədir. Sürücülərdən biri Bakı şəhər Dövlət Yol Polis İdarəsinə məlumat verib ki, ikitərəfli hərəkət olan yolda qoşa xəttin əks tərəfində olan piyadaya yol vermədiyi üçün ona protokol tərtib edilib. Məsələni polis araşdırarkən müəyyən olub ki, həmin radar yeni İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırılmayıb. Qeyd edək ki, son vaxtlar bu tipli şikayətlərin sayı artmaqdadır. Piyadalar keçidin yaxınlığında dayandıqda, keçidə daxil olmadıqda və ya ikitərəfli yolun əks tərəfində olduqda belə sürücülərə elektron protokollar tərtib edilir.Lakin İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinin ''Qeyd'' bölməsində bildirilir ki, əgər sürücü piyadanın hərəkətinə mane olmursa, həmçinin onun qaçması, istiqaməti dəyişməsi və dayanmasına səbəb olmursa, buna görə sürücünü inzibati məsuliyyətə cəlb etmək olmaz. Elə buna görə də bir neçə şikayətçi sürücünün radarı ləğv edilib. Nəqliyyat ekspertləri isə bu məsələdə kameranın monitoru qarşısında əyləşən operatorun da günahının olduğunu deyirlər.
Nəqliyyat eksperti Ərşad Hüseynov yeni İnzibati Xətalar Məcəlləsindəki dəyşiklikdən sonra sürücü və yol polisi arasında ziddiyətin təkcə piyadaya yol verməməyə görə yox, sürət həddinə görə də yaşandığını deyir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










