Bəzi yanacaqdoldurma məntəqələrində benzinə su qatılır? - İDDİA + VİDEO

Bakıda fəaliyyət göstərən bəzi yanacaqdoldurma məntəqələrində benzinin tərkibinə su qatıldığı iddia olunur.
Avtosfer.az-ın məlumatına görə, bunu avtomobillərdə yanacaq sistemlərinin təmiri ilə məşğul olan Pərviz İsmayılov deyir.
Bildirib ki, təmirə götürdüyü avtomobilin çənindəki yanacağın tərkibində əlavə qatqını gördükdən sonra bunun su olduğunu anlayıb.
Yanacağın tərkibində su olması sürücüləri xeyli ziyana salıb.
Pərviz usta deyib ki, təmirə gətirilən avtomobillər arasında bu problemdən zərər görənlər az deyil. Sürücülərin avtomobildən şikayətləri fərqli olsa da, problemin əsas səbəbi yanacağın tərkibindəki su olub.
Ustanın sözlərinə görə, yanacaq çəninin dibinə toplanan su avtomobilin yanacaq sistemini iki-üç gün ərzində sıradan çıxarır.
P.İsmayılov qeyd edib ki, yanacaq çəninin dibində toplanan mayeni yanacaq qatqıları ilə səhv salanlar da olur. Lakin sözügedən qatqılar yanacağın tərkibinə qarışdığı üçün çəndə su kimi toplanmır.
Ətraflı süjetdə:
Xezerxeber.az
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var










