Bilik Fondu Formula-1-lə bağlı maarifləndirici tədbirlərə başlayır - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Qafqaz Universitetində Azərbaycanda keçiriləcək "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında "Formula-1" yarışlarının təqdimat mərasimi olub. Fondun İnformasiya təminatı sektorundan Avtosfer.az-a verilən məlumata görə, Qafqaz Universitetinin xarici əlaqələr üzrə prorektoru Sevil İmanova qonaqları salamlayaraq Azərbaycanın son illər bir sıra mötəbər yarışlara və müsabiqələrə uğurla ev sahibliyi etməsini ölkəmizin tanınması və beynəlxalq arenada müsbət imicinin möhkəmlənməsi yolunda atılan addım kimi dəyərləndirib.
Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə deyib ki, Tədbirlər Planı çərçivəsində müxtəlif universitetlər və Heydər Əliyev mərkəzlərində yarışların təbliğinə aid maarifləndirici təqdimatlar keçiriləcək.
"Formula-1" yarışlarının Bakı Fan Klubunun rəhbəri Rəhim Əliyev "Azərbaycanda Bakı Avropa Qran Prisi" (Formula 1, Grand Prix of Europe) adı altında keçiriləcək "Formula 1" yarışları haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, 20 ölkənin ev sahibliyi etdiyi "Formula 1" yarışları içərisində sayca 10-cu Qran Pri olan Bakı Avropa Qran Prisi öz unikallığı ilə seçiləcək. Yarış boyu avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, paytaxtımızın qədim incisi olan İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. "Formula 1" yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı olduğunu və yarış müddətində "Formula 1" fanatlarının diqqətinin Bakıya yönələcəyini bildirən R.Əliyev Azərbaycan paytaxtının dünyanın diqqət mərkəzində olacağını vurğulayıb.
Azərbaycanda keçiriləcək "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında "Formula-1" yarışları yaxınlaşır. Artıq yarışlarla bağlı maarifləndirmə və hazırlıq işləri plana uyğun şəkildə həyata keçirilir.
Emin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı













