Binəqədidə nə baş verir? - Dözülməz tıxacın sirri

Sentyabrın 7-də paytaxtın Binəqədi rayonunda gecə saatlarına qədər davam edən tıxacın səbəbi həmin ərazidə təmir-tikinti işlərinin aparılması olub. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, ki, həmin ərazidə yol yenidən qurulur: “Hələ ki, “Azəravtoyol” ASC həmin ərazidə iş aparmır. Amma "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və "Azəriqaz" İstehsalat Birliyi yolda qaz və su xətlərini yeniləyir. Buna görə yolun bir hissəsi qazılıb. Ola bilsin ki, ona görə tıxac yaranıb”.
Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, hazırda təmsil etdiyi qurum həmin ərazidə yolun hərəkət hissəsində heç bir iş görmür: “Düzdür, bizim qurum həmin ərazidə yağış suları üçün kanalizasiya kollektoru tikirdi, su xətlərini yeniləyirdi. Lakin, sentyabrın 6-sı və 7-də həmin ərazidə "Azərsu" tərəfindən iş getməyib. Biz yağış suları üçün xətlərin tikintisini də, su borularının çəkilişini də başa çatdırmışıq. 3 aydan artıqdır orada iş görürük, həmin ərazidə nə tıxac yaranmışdı, nə yol bağlanmışdı. İndi orda əsas işləri görmüşük və senytabrın 7-də həmin ərazidə heç bir iş görülməyib. Hazırda həmin yolda yalnız su borularının birləşdirilməsi prosesi qalıb ki, bu da yolun hərəkət hissəsində deyil, kənardadır. Yəni yolda tıxac yaranmasının bizim işimizlə heç bir əlaqəsi yoxdur”.
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir










