Binəqədinin icra başçısı və oğlunun cərimə və balları – 2800 manat – 48 bal

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xidməti avtomobili ilə bağlı müxtəlif məlumatlar ictimaiyyətə məlumdur. Bir müddət əvvəl yol polisinin keçirdiyi gecə reydlərinin birində başçının xidməti avtomobili cərimə meydançasına aparılmışdı. Bundan əvvəl isə onun xidməti avtomobilində qanunsuz olaraq sayrışan işıqlar və səs siqnalı quraşdırılması barədə Avtosfer.az-da məlumat verilmişdi. Bu dəfə isə Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Xaləddin İsgəndərovun 10 AA 812 dövlət nömrə nişanlı xidməti avtomobilinin xeyli cəriməsi var. Lakin icra başçısı cərimələri ödəmir. Hazırda isə həmin avtomobillə bağlı DYP-nin sistemində 7 MMX protokol var. Ümumilikdə həmin cərimələrin məbləği 270 manat, 8 baldır.
Bundan əlavə, icra başçısı xidməti avtomobilinin oxşar nömrəsini şəxsi avtomobilinə vurub. Məlumata görə, 90 AA 812 dövlət nömrə nişanlı «Lexus-570» markalı avtomobili icra başçısının oğlu idarə edir. Hazırda həmin avtomobillə bağlı DYP-nin sistemində 29 MMX protokol var. Cərimələrin ümumi məbləği isə 2500 manatdan artıqdır. Xaləddin İsgəndərovun oğlunun törətdiyi qayda pozuntuları daha ağır olduğu üçün cərimə balları 40-ı ötüb. Beləliklə də, icra başçısının oğlunun sürücülük hüququndan məhrum edilməsi qaçılmazdır. Əgər buna ciddi yanaşılsa…
Məlumata görə, Xaləddin İsgəndərovun ailə maşınları arasında 99 AA 812 nömrəli daha bir bahalı avtomobil də var.
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










