Bir milyon sürücünün icbari avtosığortaya artıq haqq ödədiyi üzə çıxıb

2014-cü ilin iyun ayından 2015-ci ilin sentyabr ayına qədərki 15 ay ərzində Türkiyədə təxminən 1 milyon sürücüdən avtomobillərin icbari sığortasına görə lazım olandan artıq sığorta haqqı alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, sığorta şirkətlərinə ödənilən əlavə məbləğ adambaşına orta hesabla 100 lirə (təxminən 54 manat) təşkil edib.
Avtomobil sahiblərinin əlavə xərcə düşməsi onların qəzasız keçirdikləri illərə görə güzəştlərdən istifadə edə (Bonus-Malus sistemindən faylalana) bilməməsi ilə bağlıdır. Məsələ ondadır ki, sığorta şirkətləri avtomobilini satmış və bununla da bir müddət sığorta şirkətlərinə işi düşməmiş sürücüləri yeni müştəri kimi qeydə alıblar. Son nəticədə həmin sürücülərə sığorta haqqında güzəşt edilməyib. Baxmayaraq ki, maşını satana qədər qəza törətməmiş sürücülərə icbari sığorta endirimlə satılmalı idi.
Məsələ ictimailəşdikdən sonra sığorta şirkətlərinə artıq alınmış pulların müştərilərə geri qaytarılması barədə göstəriş verilib. Beləliklə, avqustun 1-dən başlayaraq 2 il ərzində sürücülər mülki məsuliyyətini sığortalamaq məqsədilə ödədikləri artıq məbləği sığortaçılardan ala biləcəklər.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










